Başqırdıstanın ilk Prezidenti Murtaza Rəhimov 88 yaşında paytaxt Ufa şəhərində dəfn edilib.
Vida mərasimi "Başqırdıstan” dövlət konsert salonunda keçirilib.
Mərasimdə Rusiya Prezidenti Vladimir Putin də iştirak edib və Başqırdıstanın birinci liderinin tabutu önünə qırmızı qızılgül dəstəsi qoyub.
Bildirilib ki, dəfn mərasimi Ufanın tarixi küçələrindən keçib. Başqırdıstanın ilk Prezidentini son mənzilə yola salmağa minlərlə insan gəlib. Murtaza Rəhimov şəhərin müsəlman qəbiristanlığında dəfn edilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !