Tbilisidən Batumiyə əlavə canlı qüvvə və texnika göndərilib
Gürcüstanın kurort şəhəri Batumidə cəmi bir neçə saat ərzində yağan leysan yağışlar və dörd ballıq güclü külək şəhərin yarısını işıqsız qoyub, evlər su altında qalıb.
"Report" xəbər verir ki, yerli xilasedicilər yardım barədə 90 zəng qəbul ediblər.
İnsanlar su basmış küçələrdə, binaların birinci mərtəbələrində və mağazalarda çıxılmaz vəziyyətdə qaldıqlarından şikayətləniblər.
Paytaxt Tbilisi və Kutaisi şəhərindən Batumiyə xilasetmə işləri üçün əlavə canlı qüvvə və texnika göndərilib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !