Batumidə "Əli və Nino" heykəlinin bərpadan sonra açılışı olub

18:00 | 12.09.2015
Batumidə

Batumidə "Əli və Nino" heykəlinin bərpadan sonra açılışı olub

Batumidə "Əli və Nino" heykəlinin bərpadan sonra açılışı olub.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, heykəl köhnə yerindən 50 metr aralıda quraşdırılıb.
 
Açılış mərasimində heykəlin müəllifi heykəltəraş Tamar Kvesitadze və digər rəsmilər iştirak edib. Heykəltəraş  jurnalistlərə açıqlamasında bildirib  ki, "Əli və Nino" heykəlinin köçürülməsi üçün büdcədən 185 550 lari vəsait ayrılıb.
 
Məlumata görə, heykəli "Arnabi 21" şirkəti yenidən bərpa edərək quraşdırıb.
 
Xatırladaq ki, bu ilin avqustun 26-da Batumidə dənizdə baş verən güclü qasırğa və leysan yağışları zamanı heykəlin güclü küləkdən uçması təhlükəsi nəzərə alınaraq "Əli və Nino" heykəli başqa yerə köçürülüb. Qeyd edək ki, heykəl köçürülmə zamanı zədələnmişdi.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM