Batumidən Moskvaya uçmalı olan "Azimut” aviaşirkətinə məxsus "Sukhoi Superjet 100” (SSJ 100) təyyarəsi havaya qalxa bilməyib.Bu barədə Rusiya KİV məlumat yayıb.
Təyyarə havaya qalxmazdan əvvəl sürətini artırarkən dayanıb. Bundan sonra sərnişinlərdən əşyaları ilə birlikdə təyyarəni tərk etmələri istənilib.
"Səbəb açıqlanmayıb. Hazırda bütün sərnişinlər terminal binasındadır, əlavə məlumat gözləyirik. Təxminən 40 dəqiqə əvvəl yola düşməli olan reys saat 16:55-ə qədər gecikdirilib. Sərnişinlər hələ də Moskvaya necə uça biləcəklərini bilmirlər",- qeyd olunur.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !