Almaniyanın “Bavariya” futbol klubu ölkə çempionluğunu qazanıb.ANN.Az-ın Apasport.az saytına istinadən verdiyi xəbərə görə, münhenlilər həm də yeni rekorda imza atıblar. Bundesliqanın 27-ci turunda səfərdə “Herta”ya qalib gələn “Bavariya” çempionluğu təmin edib. Buna “Borussiya”nın ev oyununda “Şalke” ilə heç-heçə etməsi də kömək edib. Çempionatın bitməsinə 7 həftə qalmış 77 xal toplayan münhenlilər ikinci yerdə gedən “Borussiya” ilə fərqi də 25 xala çatdırıblar. Artıq “Borussiya”nın “Bavariya”ya çatması qeyri-mümkündür. Qeyd edək ki, “Bavariya” Almaniya çempionatı tarixində ən erkən çempionluq rekordunu da yeniləyib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !