Bayden administrasiyası ABŞ Konqresinə Ukrayna ilə bağlı məxfi hesabatını təqdim edib

15:56 | 10.09.2024
Bayden administrasiyası ABŞ Konqresinə Ukrayna ilə bağlı məxfi hesabatını təqdim edib

Bayden administrasiyası ABŞ Konqresinə Ukrayna ilə bağlı məxfi hesabatını təqdim edib

ABŞ prezidenti Co Bayden administrasiyası ABŞ Konqresinə Ukrayna münaqişəsi ilə bağlı strategiyasına dair məxfi hesabat təqdim edib. Bu barədə "Reuters” öz mənbələrə istinadən məlumat yayıb.

Konqresmenin anonim köməkçisi bildirib ki, iyunda çoxdan gözlənilən hesabat sentyabrın 9-da qanunvericilərə çatıb və onların hələ də onunla tanış olmaq şansı olmayıb. Bunu daha iki Reuters mənbəsi də təsdiqləyib.

Agentlik qeyd edir ki, münaqişənin başlanmasından keçən iki il yarım ərzində Konqres Ukraynaya və müttəfiq ölkələrə müxtəlif yardımlar üçün demək olar ki, 175 milyard dolların ayrılmasını təsdiqləyib.

Bu qanun layihəsi çərçivəsində Konqres prezident administrasiyasına iyunun əvvəlinə qədər Ukrayna ilə bağlı müfəssəl strategiyanı təqdim etməyi tapşırıb.

Demokratlar və Konqresdəki bir çox respublikaçılar Ağ Evin Ukraynaya yardımını dəstəkləyirlər. 
 
Aytac 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM