Bayden Cənubi Karolina praymerizinin qalibi oldu

11:15 | 01.03.2020
Bayden Cənubi Karolina praymerizinin qalibi oldu

Bayden Cənubi Karolina praymerizinin qalibi oldu


ABŞ-ın keçmiş vitse-prezident Co Bayden qarşıdan gələn prezident seçkiləri üzrə Demokratlar Partiyasının Cənubi Karolina praymerizinin qalibi olub.

"Report” "The New York Times” nəşrinə istinadən xəbər verir ki, dairələrin 100%-nin nəticələrinə görə, Bayden seçicilərin 48,8%-nin səsini qazanıb.
İkinci yerdə 19,9% səslə senator Berni Sander, üçüncü yerdə isə milyarder və filantrop Tom Steyer (11,3%) qərarlaşıb.

Saut Bend şəhərinin (İndiana) meri Pitt Butticiç seciçilərin 8,2 %, digər senator Elizabet Uorren isə 7,1 % səsini toplayıb.

Qeyd edək ki, ABŞ prezidenti vəzifəsinə Demokratlar Partiyasından iddiaçılar arasında yer alan milyarder Tom Steyer artıq seçkiqabağı yarışı tərk edib.



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb