Bayden İrana qarşı sanksiyaların ləğvinə dair münasibət bildirib

18:30 | 08.02.2021
Bayden İrana qarşı sanksiyaların ləğvinə dair münasibət bildirib

Bayden İrana qarşı sanksiyaların ləğvinə dair münasibət bildirib

ABŞ Prezidenti Co Bayden Tehranın uran zənginləşdirilməsini İranın nüvə silahları inkişaf etdirməsinin qarşısını almaq məqsədi ilə 2015-ci ildə imzalanan beynəlxalq müqavilədə qəbul edildiyi səviyyəyə endirmədiyinə qədər İrana qarşı tətbiq olunan iqtisadi sanksiyaları ləğv etməyəcəyini bildirib.

Bayden bildirib ki, o, Birləşmiş Ştatların İranla keçmiş prezident Donald Trampın ABŞ-ı çıxardığı nüvə razılaşmasına yenidən qoşulmasını istəyir.

Lakin bazar günü CBS News proqramında yayımlanan müsahibədə Bayden İranı yenidən danışıqlara qaytarmaq üçün ABŞ-ın ilk olaraq sanksiyaları ləğv edib-etməyəcəyi haqda suala "xeyr" cavabını verib.

O, CBS-in aparıcısı Norah O'Donnell ilə razılışaraq, Tehranın əvvəlcə uranın razılaşmada icazə verildiyi səviyyədən daha yüksək səviyyədə zənginləşdirilməsini dayandırmalı olduğunu deyib.

Razılaşmada İranın uranı 3.67 faiz konsentrasiya səviyyəsinə qədər zənginləşdirməsinə imkan verilirdi. Lakin Tehran 2019-cu ilin ortalarından uran zənginləşdirilməsini 4,5 faizə, daha sonra keçən ay 20 faizə qədər artırıb. Bu, razılaşmanın imzalanmasından əvvəl əldə edilən səviyyədir.

Ekspertlər Tehranın istehsala davam etmək qərarına gəldiyi təqdirdə ən azı iki nüvə silahı üçün az səviyyədə zənginləşdirilmiş kifayət qədər uran ehtiyatına malik olduğunu bildirir. Lakin İran rəsmiləri uzun müddətdir nüvə proqramının dinc məqsəd daşıdığını iddia edirlər. Bu iddialar Qərb hökumətləri tərəfindən şübhə ilə qarşılanıb ("Amerikanın səsi").

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb