ABŞ Prezidenti Co Bayden İsrail hakimiyyəti ilə HƏMAS arasında atəşkəs və girovların azad olunmasına dair razılaşma ilə bağlı bəyanat yayıb.Bəyanat Ağ Evin rəsmi saytında dərc olunub.
Bayden bildirib ki, tərəflər arasında atəşkəsə ölkəsinin həyata keçirdiyi intensiv diplomatiya nəticəsində nail olunub.
"Qəzza razılaşmasının birinci mərhələsi altı həftə davam edəcək, atəşkəs, İsrail qoşunlarının çıxarılması, girovların azad olunmasını əhatə edəcək.
İkinci mərhələ bütün girovların azad edilməsi və qoşunların çıxarılması prosesinin başa çatmasını nəzərdə tutur.
Müqavilənin üçüncü mərhələsi isə öldürülən girovların qalıqlarının qohumlarına qaytarılmasını və anklavın bərpasına başlanılmasını nəzərdə tutur", - deyə bəyanatda bildirilir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !