Bayden prezident seçkilərində erkən səs verib

21:28 | 28.10.2024
Bayden prezident seçkilərində erkən səs verib

Bayden prezident seçkilərində erkən səs verib

ABŞ-nin hazırkı dövlət başçısı Cozef Bayden Delaver ştatında prezident seçkilərində erkən səs verib.Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Jurnalistlər bildirib ki, Bayden seçki məntəqəsinə gələn digər insanlar kimi səsvermədən əvvəl növbəyə dayanıb.

Birləşmiş Ştatlarda növbəti prezident seçkiləri 2024-cü il noyabrın 5-nə təyin olunub. Qalib 2025-ci ilin yanvarından başlayaraq 4 il müddətinə Ağ evə rəhbərlik edəcək. Respublikaçı Donald Tramp və Demokrat Kamala Harris ən yüksək hökumət postu uğrunda mübarizə aparacaqlar.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti