Bayden yanvarın 9-nu matəm günü elan edib

09:54 | 30.12.2024
Bayden yanvarın 9-nu matəm günü elan edib

Bayden yanvarın 9-nu matəm günü elan edib

ABŞ Prezidenti Cozef Bayden keçmiş dövlət başçısı Cimmi Karterin vəfatı ilə əlaqədar 9 yanvar 2025-ci il tarixini matəm günü elan edib.Bu, Ağ evin saytında dərc edilmiş bəyanatda qeyd olunub.

"Kədərimizi bölüşən bütün dünya insanlarını bizə qoşulmağa dəvət edirəm”, – bəyanatda deyilib.
 
Sənədə əsasən, ölkə daxilində və xaricində dövlət müəssisələrindəki milli bayraqlar 30 gün müddətinə endiriləcək.

Karterlə vidalaşma mərasimi Vaşinqtonda keçiriləcək.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM