Bu barədə ümumilikdə 963 ABŞ vətəndaşının daxil olduğu sanksiya siyahısını dərc edən Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Stop siyahısı”na ABŞ-ın bir sıra digər yüksək rütbəli rəsmiləri də daxil edilib: Dövlət katibi Entoni Blinken, müdafiə naziri Lloyd Ostin və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli.
Rusiya Xarici İşlər Nazirliyinin belə bir tədbiri ABŞ-ın tətbiq etdiyi anti-Rusiya sanksiyalarına qarşı cavab tədbirləri kontekstində və Rusiya "stop siyahısı”nın şəxsi heyəti ilə bağlı daxil olan müraciətlərlə bağlı atdığı vurğulanır.
"Rusiyanın əks-sanksiyaları məcburi xarakter daşıyır və dünyanın qalan hissəsinə neokolonial "qaydalara əsaslanan dünya nizamı” sırımağa çalışan hakim Amerika rejimini geosiyasi reallıqları nəzərə alaraq öz davranışını dəyişməyə məcbur etmək məqsədi daşıyır”, - Rusiya Xarici İşlər Nazirliyi vurğulayıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !