Baydenin xanımında dəri xərçəngi aşkarlanıb

11:23 | 12.01.2023
Baydenin xanımında dəri xərçəngi aşkarlanıb

Baydenin xanımında dəri xərçəngi aşkarlanıb

ABŞ prezidentinin həyat yoldaşı Cil Bayden iki bədxassəli dəri şişini çıxarmaq üçün əməliyyat olunub. Bunu Ağ Evin həkimi Kevin O'Konnor bildirib.

O'Connor-un sözlərinə görə, Mil Baydendə  dəri xərçənginin ən çox yayılmış forması olan bazal hüceyrəli karsinoma aşkarlanıb. 

Şişlər 1930-cu illərdə Frederik Mohs tərəfindən hazırlanmış üsula uyğun olaraq mikroqrafik əməliyyatla (yəni mikroskopdan istifadə etməklə) uğurla çıxarıldı.

Mohs üsulu heç bir xərçəng izi tapılmayana qədər ardıcıl olaraq dərinin təbəqələrinin kəsilməsini nəzərdə tutur.  Bu əməliyyatdan sonra adətən xəstələr həmin gün evə buraxılır. 

Cil Baydenin əməliyyatdan sonra vəziyyətinin yaxşı olduğu bildirilir.

Rutin müayinə zamanı Cil Baydenin sağ və sol gözlərində də şişlər aşkar edilib. Xərçəngə çevrilmək təhlükəsi ilə üzləşən başqa bir dəri şişi də çıxarılıb.

Prezident Co Bayden həyat yoldaşını xəstəxanaya özü aparıb. 

Baydenin özünün dərisində də  bir neçə bədxassəli dəri şişi aşkar edilərək çıxarılıb.  Onların dəri xərçənginin ən təhlükəli forması olan melanoma olmadığı bildirilmişdi. 
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM