Azərbaycan Premyer Liqasinda XXIV tura yekun vurulub.
Oxu.Az xəbər verir ki, son oyun günündə iki matç keçirilib.
"Neftçi” isə səfərdə "Səbail”in qonağı olub. Bayıldakı "ASCO Arena”da keçirilən matç 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Görüşün son dəqiqələri dramatik alınıb. Belə ki, Maykl Esyenli meydan sahibləri hesabda 2:1 öndə olsa da, flaqman görüşə əlavə olunmuş 5-ci dəqiqədə bərabərlik qolunu vurub. Qolu "Neftçi”nin mərkəz müdafiəçisi Mamadu Mboc başla rəqib qapısından keçirib.
Bundan sonra isə oyun başa çatdırılıb. Bu, "Səbail” futbolçularının narazılığına səbəb olub.
Baş hakim Səbuhi Bayramov sərt şəkildə etiraz edən "Səbail”in ukraynalı qapıçısı Aleksandr Rıbkanı ikinci sarı vərəqə ilə meydandan qovub. Nəticədə aranı sakitləşdirmək üçün polis meydana daxil olub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !