Bayılda təhlükə sovuşmayıb - Hər an sürüşmə ola bilər

12:44 | 15.02.2018
Bayılda təhlükə sovuşmayıb - Hər an sürüşmə ola bilər

Bayılda təhlükə sovuşmayıb - Hər an sürüşmə ola bilər

Bayıl sürüşmə yamacanda vəziyyət hələlik stabildir. Lakin gərginlik azalmayıb və hər an torpaq sürüşməsi baş verə bilər. 

Bunu AzVision.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Nazirlik rəsmisi bildirib ki, ərazi insanların yaşayışı üçün təhlükəlidir: "Bayılda sürüşmə yamacında vəziyyət hələ də təhlükəlidir. Sürüşmə tam başa çatmayıb, gərginlik davam edir. İnsanların ora köçürülməsi artıq mümkün olmayacaq”.

Ə.Qaralov bildirib ki, ərazidə aparılan geoloji işlər, laborator müayinələr və digər görülən işlərin nəticələri barədə aralıq hesabat hazırlanıb, Nazirlər Kabinetinə təqdim edilib: "Onlar araşdırırlar və ərazidə hansı işlərin görülməsi ilə bağlı müvafiq qərar qəbul olunacaq”. 

Qeyd edək ki, ötən həftə Bayılda baş verən sürüşmə nəticəsində 4 ev dağılıb, 100-dən çox ev təhlükəli zonaya aid edilib. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti