“Bayraktar”ların sayı “F-16”ların sayına yaxınlaşır

21:25 | 19.04.2021
“Bayraktar”ların sayı “F-16”ların sayına yaxınlaşır

“Bayraktar”ların sayı “F-16”ların sayına yaxınlaşır

Türkiyəyə məxsus "Bayraktar TB2” hərbi pilotsuz uçuş aparatlarının (PUA) sayı 140-ı keçib.
 Dağlıq Qarabağdakı son müharibənin gedişatını əsaslı şəkildə dəyişdirən və Azərbaycana 44 gündən sonra qələbə qazandıran türk dronlarının qlobal rezonansı artmaqdadır. Daxili təhlükəsizlik əməliyyatları ilə yanaşı, "Fərat Qalxanı”, "Zeytun Budağı”, "Sülh Çeşməsi” və "Bahar Qalxanı” əməliyyatlarında istifadə edilən PUA sayı 140-ı aşıb.



ABŞ-dan Ukraynaya qədər bir çox ölkədə ad çıxaran "Bayraktar TB2” PUA-larından sonra testlərini uğurla tamamlayan "Akıncı” hücum PUA-sı da bu il təhlükəsizlik qüvvələrinin inventarına daxil ediləcək və döyüş təyyarələrinin yükünü öz üzərinə götürəcək.
Hazırda "Bayraktar TB2” PUA-larının sayı Türkiyədəki "F-16”-ların sayının (245) yarısı qədərdir. Bundan başqa, 500 kamikadze və 1500 müşahidə dronu mövcuddur.
Türkiyə öz silahlı PUA və döyüş sursatlarını istehsal edən altı ölkə arasındadır. "Baykar” şirkətinin məhsulu Türkiyədən başqa, Ukraynada, Qətərdə və Azərbaycanda da (ümumən 160 vahid) var.(hit.az)

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM