“Bayram günlərində Gülər Əhmədovanın əhvalı pis idi” - Vəkil

18:00 | 07.01.2014
“Bayram günlərində Gülər Əhmədovanın əhvalı pis idi” - Vəkil

“Bayram günlərində Gülər Əhmədovanın əhvalı pis idi” - Vəkil

“Gülər Əhmədovanın apellyasiya şikayəti ya sabah, ya da biri gün Apellyasiya Məhkəməsinə göndəriləcək”. Bu barədə Modern.az-a eks-deputatın vəkili Əfsər Talıblı məlumat verib. “Bu gün əlaqə saxladım. İş hələ ki, Bakı Ağır Cinayətlər Məhkəməsindədir. Şikayət ya sabah, ya da biri gün Apelyasiya Məhkəməsinə göndəriləcək”.Vəkil bayram günlərində müvəkkili ilə görüşdüyünü də söylədi. Onun sözlərinə görə, G. Əhmədova səhhəti ilə bağlı porblemlər yaşayır. “Səhhəti həmişəki kimidir. Heç bayram-əhval-ruhiyyəsi yaşamırdı. Övladları ilə də hələ ki, görüşə bilməyib”.Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin 2012-ci ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. 2013-cü il fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib.G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilib. Məhkəmə Gülər Əhmədovanı 3 il müddətinə azadlıqdan məhrum edib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM