Mərhum tanınmış meyxanaçı Bayram Kürdəxanılının anası 1934-cü il təvəllüdlü Səkinə Quliyeva dünyasın dəyişib.
Anews.az Unikal.org-a istinadən xəbər verir ki, Səkinə Quliyeva uzun sürən xəstəlikdən sonra dünyasın dəyişib.
Mərhum Kürdəxanı qəbiristanlığında, oğlu Bayram Kürdəxanılının yanında dəfn olunub.
Xatırladaq ki, ötən ilin avqust ayının 23-də toy mərasimindən evə qayıdan meyxana ustası Kürdəxanı qəsəbə ərazisində yolu keçərkən Emin Fərhadovun idarə etdiyi "Peugeot" markalı, 10-PS-782 dövlət seriya nişanlı avromobil onu vurub. Nəticədə meyxana ustası ağır xəsarət alıb. Hadisəni törətmiş sürücü Bayram Kürdəxanılını 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !