ANN.Az AzVision.az-a istinadən xəbər verir ki, bunu açıqlamasında avtovağzalın növbə rəisi Məhəmməd Abdullayev deyib. Onun sözlərinə görə, bayram günlərində heç bir qiymət artımı olmayacaq və bununla bağlı nəzarət gücləndiriləcək.
"Qiymətlər bayram günlərində də əvvəl olduğu kimi olacaq”.
Növbə rəisi bildirib ki, bütün istiqamətlərdə avtobusların sayı artırılacaq:
"Bayram ərəfəsində sıxlıq müşahidə olunur. Bütün istiqamətlərdə sıxlıq müşahidə olunduğundan hər bir istiqamətdə avtobusların sayı artırılacaq. Bayram günlərində əlavə avtobusları xətlərə buraxacyıq”-deyə M.Abdullayev vurğulayıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !