Nazirlər Kabineti iş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında sərəncam imzalayıb.
Bu barədə AzVision.az-a qurumun mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, Baş nazirin birinci müavini Yaqub Eyyubovun izmaladığı sərəncamla Azərbaycanda iş və istirahət günlərinin vaxtı dəyişdirilib.Sərəncama əsasən, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədi ilə 2013-cü ilin 28 və 29 dekabr istirahət günləri ilə 2014-cü ilin 3 və 6 yanvar iş günlərinin yeri dəyişdirilib.ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !