Bayramda rayona qatarla gedənlərin nəzərinə

11:30 | 05.08.2019
Bayramda rayona qatarla gedənlərin nəzərinə

Bayramda rayona qatarla gedənlərin nəzərinə

Qurban bayramı ilə əlaqədar dəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olunacaq.

"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən Trend-ə verilən məlumata görə, Qurban bayramı günlərində sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələbata uyğun olaraq əlavə vaqonların qoşulması təmin edilir.

Bundan əlavə, Qurban bayramı günlərində Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan təlabatı təmin etmək məqsədilə, 10 və 13 avqust 2019- cu il tarixlərində əlavə qatar təyin edilib.  

Qurum bir daha sərnişinlərin nəzərinə çatdırır ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqonlar qatara qoşulan gün həyata keçirilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb