"ARB TV”dən virtualaz.org-a verilən xəbərə görə, bayramla əlaqəli olaraq ət kəsim məntəqələrində bəzən natəmiz mənzərə yaranır. Bu mənzərənin günün sonunda da olduğu kimi qalması insanların yediyi bayram ətinin ləzzətini heçə döndərir.
Təbii ki, bu hal bütün məntəqələrə aid deyil. Addımbaşı rast gəlinən kəsim yerlərində xüsusi nəzarət olunmadığından bu yerlərin təmizliyi sahibkar və qəssabların ümidinə qalır.
"Axşam gedəndə özüm təmizlərtdirib gedəcəyəm. Özümə mən başqa söz gətizdirə bilmərəm. Mədəniyyətimizi göstərməliyik", - bunu da qəssab deyib.
Bakı Şəhər Baytarlıq İdarəsinin Müfəttişliq şöbəsinin müdiri Zahid Nəsibli isə bildirib ki, bu ərazilərin təmizliyinin qorunması sahibkarların işidir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !