Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabi şəhərinə rəsmi səfərə yola düşüb. Bu barədə Xarici işlər Nazirliyi məlumat yayıb.
BƏƏ-nin xarici işlər naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyanın dəvəti əsasında baş tutan səfər çərçivəsində yüksək səviyyəli görüşlərin keçirilməsi nəzərdə tutulur.