Bayramov həmkarını 30 illik işğalın nəticələri barədə məlumatlandırıb

20:36 | 04.11.2023
Bayramov həmkarını 30 illik işğalın nəticələri barədə məlumatlandırıb

Bayramov həmkarını 30 illik işğalın nəticələri barədə məlumatlandırıb

Bu gün Almaniya nümayəndə heyəti Prezident İlham Əliyevlə geniş müzakirələr aparıb.

Bunu Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbokla birgə mətbuat konfransında deyib.

Nazir 2023-cü ildə Prezidentin Almaniyaya iki işgüzar səfərini və nazirliklər arasında keçirilən məsləhətləşmələri xatırladıb. Onun sözlərinə görə, iki ölkə arasında bir sıra sahələrdə əlaqələr inkişaf etməkdədir.

Enerji, nəqliyyat və bir sıra digər sahələrdə əməkdaşlığın potensialının olduğu vurğulanıb.

Nazir görüş zamanı alman həmkarını 30 illik işğalın nəticələri, eləcə də post-münaqişə dövründə kommunikasiyaların açılması, delimitasiya istiqamətində tərəfimizdən atılan addımlar barədə məlumatlandırdığını qeyd edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM