28 May qəsəbəsi Binəqədi rayonunun ərazisinə daxil
olan, Abşeron yarımadasının qərbində yerləşən yeni yaşayış məntəqəsidir. Mən
evimə hər gəlib-getdiyimdə bu yerin yaxınlığından keçirəm. Qəsəbə yeni tikilməyə
başlayıb, hər yerində yarımçıq, təmiri başa çatmamış evlər görmək mümkündür. Bu evlərin
arasında diqqətimi cəlb edən bir ev də var. Ev öz qeyri-adiliyi ilə digər evlərdən
seçilir desəm, yəqin yanılmaram. Başqa evlərin dam örtüyü adi şiferdən düzəldiyi halda bu evin dam örtüyü milli
atributlarımızdan olan Azərbaycan bayrağının əksi ilə örtülüb. Təkcə mənim deyil, ətrafdan keçən hər kəsin marağına səbəb olan bu evin sahibi ilə danışmaq, bu qeyri-adi addımın səbəbini öyrənmək üçün darvazanı döydüm. Çox səmimi,
gülər üzlə məni qarşılayan ev sahibi Hatəm Əliyevə gəlişimin məqsədini izah
edib evinin damında əks olunan Azərbaycan bayrağı ilə maraqlandığımı bildirdim.
Ev sahibi Hatəm Əliyev inşaatçıdır, tikinti şirkətlərindən
birində çalışır. Usta olduğuna görə evinin hər küncündə, bucağında əlinin əməyi
var. Deyir, futbol azarkeşidir, elə evinin dam örtüyünü bayrağımızın rəngi ilə örtməsinin də səbəbi məhz
futbolla bağlıdır.
Fotoların müəllifi Fərqanə Novruzovadır
Bizi sosial şəbəkələrdə izləyin !