İmişli rayonunun Sarıxanlı kəndində baytarın orta məktəbə direktor təyin edildiyi iddia edilir.
Yenicag.az xəbər verir ki, bu barədə sözü gedən kəndin sakini Zaur Məhərrəmov adlı şəxs məlumat verib.
Adı çəkilən şəxs iddia edib ki, 1 nömrəli Sarıxanlı kənd orta məktəbinə təyin edilən Sahil Vəliyev ixtisasca baytardır:
"O, hazırda kənd təsərrüfatı ilə məşğuldur. Onu bu vəzifəyə Təhsil şöbəsinin müdiri Ramiz müəllim qoyub. Bundan başqa o, həm də dil-ədəbiyyat müəllimi işləyir. Bu ixtisasla bağlı isə onun qanuni diplomu yoxdur. Saxta diplomla işləyir. Onun bu diplomu Təhsil Nazirliyi tərəfindən tanınmır”.
Zaur Məhərrəmov qeyd edib ki, məsələ ilə bağlı Təhsil Nazirliyinə məlumat verilib: "Məktəbdə özbaşınalıqdır, kimin gəldi adını yazıb ştat doldurub. Mənim övladlarım orada oxuyur və bizi narahat edir. Mala- qoyuna iynə vuran adam necə dərs keçə bilər? Belə təhsil olar? Narazılıq edəndə də bildirir ki, "pulumu verib direkor olmuşam. Heç kəs məni işdən çıxara bilməz”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !