Bazarda partlayış oldu, 10-dan çox adam öldü

13:25 | 29.06.2020
Bazarda partlayış oldu, 10-dan çox adam öldü

Bazarda partlayış oldu, 10-dan çox adam öldü

Əfqanıstanın cənubundakı Hilmənd vilayətində mal-qara bazarında baş verən partlayış nəticəsində 10 nəfər ölüb, 15 nəfər yaralanıb.

Anews.az "Qafqazinfo” istinadən xəbər verir ki, kustar üsulla hazırlanmış partlayıcı qurğu "Taliban”ların fəal olduğu Sangin bölgəsində partladılıb.

"Taliban” sözçüsü Zabihullah Mücahid bazara bomba yerləşdirildiyini inkar edib. Onun sözlərinə görə, əsgərlərin bazara minaatan mərmi atması nəticəsində bir neçə mülki şəxs ölüb, bir çox insan yaralanıb.

Qeyd edək ki, Əfqanıstanda hökumət qüvvələri ilə radikal "Taliban” hərəkatının yaraqlıları arasında qarşıdurma davam edir. Bununla yanaşı, ölkədə "İslam Dövləti" terror qruplaşmasının da gücləndiyi bildirilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM