Bazarlarda bahalaşma var - SİYAHI

16:04 | 09.06.2014
Bazarlarda bahalaşma var - SİYAHI

Bazarlarda bahalaşma var - SİYAHI

May ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,5 faiz bahalaşıb.Dövlət Statistika Komitəsindən verilən məlumata görə, birillik bitkilərin istehsalçı qiymətləri 0,8 faiz, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 1,0 faiz ucuzlaşıb, çoxillik bitkilərin istehsalçı qiymətləri isə 3,0 faiz bahalaşıb.Birillik bitkilərdən pomidorun istehsalçı qiymətləri 0,7 faiz, kartofun və baş soğanın 0,1 faiz, lobya dəninin 3,1 faiz, yoncanın istehsalçı qiymətləri 4,7 faiz bahalaşıb, buğdanın istehsalçı qiymətləri 1,9 faiz, kələmin 1,2 faiz, göyərtilərin 1,4 faiz, xiyarın 10,1 faiz, baş sarımsağın 1,2 faiz, göy soğanın 0,4 faiz, quru otun istehsalçı qiymətləri isə 0,9 faiz ucuzlaşıb.Çoxillik bitkilərdən almanın istehsalçı qiymətləri 19,3 faiz bahalaşıb, fındığın istehsalçı qiymətləri 4,9 faiz, limonun istehsalçı qiymətləri 1,7 faiz ucuzlaşıb.Diri heyvanlar və heyvandarlıq məhsullarından qoyun ətinin (diri çəkidə) istehsalçı qiymətləri 0,3 faiz, südün istehsalçı qiymətləri 2,6 faiz bahalaşıb. Bu bahalaşma ilə yanaşı ay ərzində inəyin istehsalçı qiymətləri 0,6 faiz, camışın 2,6 faiz, mal ətinin (diri çəkidə) 1,0 faiz, diri ev quşlarının 3,7 faiz, quş ətinin (diri çəkidə) 14,9 faiz, yumurtanın 7,1 faiz, təbii balın istehsalçı qiymətləri isə 0,1 faiz ucuzlaşıb.May ayı ərzində balıq və sair balıqçılıq məhsullarının və meşə təsərrüfatı məhsullarının istehsalçı qiymətlərində əvvəlki ayla müqayisədə heç bir dəyişiklik müşahidə olunmayıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb