Bazarlarda cüzi bahalaşma var

22:30 | 06.03.2014
Bazarlarda cüzi bahalaşma var

Bazarlarda cüzi bahalaşma var

Banan, çuğundur, kartof ucuzlaşıb.2014-cü ilin fevral ayında ərzaq məhsullarının qiymətləri 0,8% bahalaşıb, qeyri-ərzaq mallarının qiymətləri və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri əvvəlki ayla eyni səviyyədə qalıb.Oxu.Az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, fevralda ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,4% bahalaşıb.Ay ərzində qarabaşaq yarmasının, mal və toyuq ətinin, yumurtanın, portağalın, bananın, çuğundurun, kartofun, qurudulmuş üzümün qiymətlərində ucuzlaşma, uzun və yumru düyünün, qoyun ətinin, balıq məhsullarının, kolbasa məmulatlarının, kərə yağının, zeytun və günəbaxan yağlarının, limonun, naringinin, almanın, armudun, heyvanın, narın, qozun, fındığın, şabalıdın, göyərtinin, kələmin, kökün, soğanın, sarımsağın, şəkərin, duzun qiymətlərində isə bahalaşma müşahidə olunub.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM