Satıcıların sözlərinə görə, ayın əvvəlində əgər kartof 60 qəpiyə satılırdısa, hazırda alıcıya 1 manat 20 qəpikdən təklif olunur
Şəki bazarında demək olar ki, hər növ kənd təsərrüfatı məhsullarına rast gəlmək mümkündür. Bayramla əlaqədar alıcıların da sayı əvvəlki günlərə nisbətən artsa da satıcılar bayram bazarından narazı görünürdü.Alıcıların azalmasının səbəbini isə satıcılar qiymətlərin bahalaşması ilə izah edirdilər. Amma qiymətdən razı qalan alıcılar da var idi.Kənd təsərrüfatı məhsullarının istehsal qiymətinin bahalaşması xüsusilə son bir ayda müşahidə olunur. Satıcıların sözlərinə görə ayın əvvəlində əgər kartof 60 qəpiyə satılırdısa, hal-hazırda alıcıya 1 manat 20 qəpikdən təklif olunur. Dekabrın ilk günlərində 60-70 qəpiyə satılan soğan isə indi 1 manat olub. Yerdə qalan digər kənd təsərrüfatı məhsullarının qiymətlərində də 20, 30, qəpik artım müşahidə olunur.ANN.Az