BBC Məhəmməd peyğəmbər qadağanını ləğv edir

20:18 | 12.01.2015
BBC Məhəmməd peyğəmbər qadağanını ləğv edir

BBC Məhəmməd peyğəmbər qadağanını ləğv edir

Britaniyanın ictimai radioteleviziya yayınçısı BBC Məhəmməd peyğəmbərin təsvirlərinin yayınlanmasına dair daxili qaydalarına yenidən baxır.

Britaniyanın ictimai radioteleviziya yayınçısı BBC Məhəmməd peyğəmbərin təsvirlərinin yayınlanmasına dair daxili qaydalarına yenidən baxır.

Korporasiya bunu da da bildirib ki, efirə nəyin verilib-verilməməsi BBC-nin artıq uzun illərdir, oturuşmuş siyasətinə uyğun olaraq proqram hazırlayanların seçiminə bağlıdır.

Lakin bundan əvvəl BBC-nin tanınmış aparıcılarından David Dimbleby həftəlik "Question Time” proqramında bildirmişdi ki, Məhəmməd peyğəmbərin hər hansı təsvirlərinin yayınlanmaması korporasiyanın siyasətidir.

O hətta efirə BBC-nin redaksiya qaydalarından müvafiq maddəni də oxumuşdu.

Bununla belə, bu bəyanatın Parisdə "Charlie Hebdo” satirik jurnalının redaksiyasında törədilmiş qətliamla eyni vaxta təsadüf etməsi tamaşaçıların hiddətinə səbəb olub.

Nəhayət bundan sonra BBC elan edib ki, sözü gedən qadağan qaldırılıb.

BBC sözçüsü bildirib: "Bu qaydalar köhnəlib və proqram hazırlayanların redaktə seçimin azadlığına dair BBC-nin mövqeyini əks etdirmir”.

Sözçü bildirib ki, BBC-nin yaradıcı heyəti incə mövzulara həsr olunmuş proqramları hazırlayarkən hər bir halda ayrıca redaksiya seçimi edir.

O həmçinin deyib ki, Məhəmməd peyğəmbərin təsviri ilə bağlı redaksiya qaydasına yenidən baxılır.

BBC artıq ilk dəfə olaraq "Charlie Hebdo”ya hücum barədə xəbəri efirə verərkən jurnalın üz qabığını və üz qabıqdakı karikaturanı da efirə verib.

Beləliklə, redaksiya qadağanı de facto ləğv olunub.

Azadliq.org
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM