BBC-nin Ermənistana qaçan Orucovla bağlı gizlətdiyi faktlar

16:15 | 17.04.2014
BBC-nin Ermənistana qaçan Orucovla bağlı gizlətdiyi faktlar

BBC-nin Ermənistana qaçan Orucovla bağlı gizlətdiyi faktlar

Kamal ƏliBritaniya media-korporasiyası olan BBC ailəsi ilə birlikdə Ermənistana keçən Azərbaycan vətəndaşı Cavid Orucov haqqında videoçarx yerləşdirdi. Düşmən ölkədə Azərbaycan ailəsinin yaşaması artıq yeni xəbər deyil, çünki Orucov bu ilin fevralında həyat yoldaşı və üç uşağı ilə birlikdə gürcü-erməni sərhəddini aşaraq Ermənistana keçib.Təəccüblü burasındadır ki, BBC kimi bir korporasiya öz sərt daxili prinsiplərini başdan-ayağa pozan videomaterialı yerləşdirməyə necə razılıq verib? BBC bu ailənin Ermənistanda peyda olması hekayəti barədə bir kəlmə belə məlumat vermədən, birbaşa Cavid Orucovun müsahibəsini verdi. Müsahibənin əvvəlində heç bir izahat-filan olmadığından Orucovlar ailəsinin Yerevanda tam sərbəst gəzməsi, yalnız Azərbaycan diversantlarından qorxması və Vətəndəki qohumlarının taleyinə görə narahatçılıq keçirməsi nəticəsinə gəlinir.Bakıda Cavidin valideynləri və qardaşı yaşayır.Orucovların Ermənistana keçməsinin elə ilk həftəsində bundan hər vaxt Azərbaycana qarşı çirkin informasiyalar yaymaqla məşğul olan "Voskanapat" saytı istifadə etməyə çalışdı. Həmin saytda dərc olunan Levon Məlik-Şahnazaryanın məqaləsindən bir hissəni diqqətinizə çatdıraq.  Müəllif oxucuları inandırmağa çalışır ki, Orucovlar ailəsi Azərbaycan hakimiyyətinin fitnə-fəsadlarından qorunmaq üçün Ermənistana sığınıblar: "Ermənistan  elə bir qaladır ki, onun divarları arxasında Azərbaycan itinin hürməsi tənbəl ev pişiyinin miyoldamasından heç də qorxulu görünmür".Yəqin ki, bir cümləlik sitatla bu erməni müəllifinin düşüncə səviyyəsi və erməni saytının tərzi sizə məlum oldu.Bizim tərəfimizdən təqdim edilmiş şəkildə onların ikisi də var - solda - Şahnazaryan, sağda - Orucov.Amma bu yalanı BBC materialında elə Orucovun özü ifşa edir. O, "kameraya" deyir ki, ailəsini Ermənistanda qoyub, özü isə Bakıya qayıtmağı planlaşdırır.Ümumiyyətlə, BBC materialını ifşaedici hesab etmək olar.  Amma bu materialın əvvəlinə “bekqraund” əlavə etməklə, yəni Britaniya şirkətinin görməli olduğu işi yerinə yetirməklə onun necə ifşaedici material olduğunu ortaya çıxarırıq. Axı müşayiətli informasiya olmadan azərbaycanlı ailələrin Ermənistana getmə səbəbini aydınlaşdırmaq mümkün deyil.Belə məlum olur (və bu haqda BBC-də heç bir kəlmə də yoxdur), Orucovlar Rusiyada uzun illər yaşadıqdan sonra əvvəlcə Norveçdə vətəndaşlıq almaq istəyiblər. Norveç hakimiyyəti Cavid Orucovun həyat yoldaşının erməni qanı barədə dəlillərini ciddi qəbul etməyib. Çünki Azərbaycanda kifayət qədər erməni heç bir ehtiyac hiss etmədən yaşayır. Əlavə bir faktı da qeyd edək ki, Cavidin həyat yoldaşı rəsmi məlumatlara görə, yəni pasporta görə azərbaycanlıdır. Sadəcə, onun babası ana tərəfdən erməni olub. Bu barədə də BBC-də heç bir söz deyilməyib.Norveçdən Bakıya dönən Orucovlar yeni bəhanələr fikirləşməli olurlar. Bu dəfə onların ağıllarına  belə fikir gəlir ki, güya Azərbaycan milli-təhlükəsizlik orqanları Cavidi öz erməni qohumlarından Ermənistan barədə gizli informasiyalar qopartmağa məcbur edir. Əslində, bu məlumatın qeyri-real olmadığını hətta erməni "politoloqu" Şahnazaryan da yazır.Hazırda Cavid Orucovun Azərbaycanda yaşamasının qeyri-mümkünlüyü aydın görsənir və bu ailə öz təhlükəsizliyini təmin etmək üçün Ermənistandan Avropaya keçib qaçqın statusu almaq istəyi bir fakt olaraq ortadadır. Bununla belə sanki qarşısındakı balaca uşaqmış kimi BBC-yə deyir ki, ailəsini Ermənistand qoyub Bakıya qayıtmaq niyyətindədir.Onda sula ortaya çıxır: Ailənin kişisi bəs niyə Yerevanda qalmaq istəmir? Axı bu şəhərdə, özünün dediyi kimi, sərbəst gəzir, hava da pis deyil...BBC-nin videoçarxını gözdən keçirəndə əmin olursan ki, orada da vəziyyəti yaxşı deyil. Beş nəfərdən ibarət olan ailə öz hesabına qidalanır, Azərbaycandan gələrkən üstlərində olan pulu xərcləyib qurtarmaq üzrədir. Erməni hakimiyyəti isə azyaşlı uşaqları olan ailənin yeməyinə belə pul xərcləmək istəmir.Qeyd edim ki, elə eyni sayda olan, Azərbaycana qaçmış erməni ailəsi Bakıda tamamilə bizim dövlətimizin hesabına yaşayırdı.Azərbaycanda Cavidin maddi durumu necə olub? Əslində o, Azərbaycanda cəmi 3 ay işləyib, mühafizə firmasında. Bu isə tənbəl birisinin əmək fəaliyyətinin nümunəsidir. Bu haqda Bakıda yaşayan doğma anası, “N” saylı uşaq internatının direktor müavini Mirvari Orucova Azərbaycan jurnalistlərinə məlumat verib.2010-cu ildə o, öz həyat yoldaşı və uşağı ilə birlikdə Rusiyaya yola düşüb, oradan Norveçə keçiblər ki, bu Avropa ölkəsində daimi yaşayış əldə etsin. 2013-cü ilin sentyabrında isə bu ailə Norveçdə daimi yaşamağa icazə ala bilmədiyindən məcburi Azərbaycana qayıtmalı olur. Norveçdə onun daha iki uşağı dünyaya gəlir, onları öz vəkili Norman Broynun və Samuel Broynun şərəfinə adlandırır."Cavidin anasının sözlərinə görə, oğlu parazit həyat tərzi keçirib və həmişə valideynlərini ona maddi kömək göstərməyə məcbur edirmiş. Ana deyir ki, Norveçə köçmək ideyasını ona bir tanışı başa salıb. Amma orada oturum ala bilmədiyi üçün Norveçdən qayıdandan sonra Almaniya və İsrail səfirliklərinə də yaşayış hüququ üçün müraciət edib, amma rədd cavabı alıb", - bu ailə haqqında vesti.az-ın məlumatı belədir.Göründüyü kimi, Cavid Orucov və ailəsi heç kimə lazım olmayan qəribə bir ailədir. İşləmək istəməyən və nələrəsə arxayın olan bu ailə əslində başqalarının verdiyi kompensasiyalar hesabıma, yalnız yalanla və siyasi saxtalaşdırmalarla uzaq ölkədə firavan yaşamağı mümkün hesab edir.Cavid Orucovun və onun bədbəxt ailəsinin həqiqi həyat hekayəsi belədir. BBC isə bu faktların üstündən sükutla keçib. Təəccüblü budur ki, bu korporasiyanın Bakıda müxbirləri var. Təəssüf ki, onlar buna aydınlıq gətirməyə lüzum görmədilər. Ona görə də ictimaiyyəti yanlış fikrə yönəltməmək üçün başqaları zəhmət çəkməli oldu.ANNET.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti