Metronun Elmlər Akademiyası stansiyasının ikinci çıxışı 2015-ci ildə istifadəyə veriləcək. Bunu Axar.az-ın sorğusuna cavabda Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib. Metropoliten sözçüsü qeyd edib ki, stansiyanın Bakı Dövlət Universitetinin həyətinə çıxışının gələn il təhvil veriləcəyi planlaşdırılır. Qeyd edək ki, bu plan 2011-2014-cü illərdə nəqliyyat sektorunun inkişaf prioritetlərində nəzərdə tutulub.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !