BDU-nun zəhərlənən tələbəsi universitetə geri qayıtdı - FOTO

17:04 | 10.12.2019
BDU-nun zəhərlənən tələbəsi universitetə geri qayıtdı - FOTO

BDU-nun zəhərlənən tələbəsi universitetə geri qayıtdı - FOTO

"Bakı Dövlət Universitetinin yataqxanasında zəhərlənərək xəstəxanaya yerləşdirilmiş Dilrubə Quliyeva artıq dərslərə başladı”.

Yeniavaz.com xəbər verir ki, bu məlumatı təhsil eksperti Kamran Əsədov öz "Facebook” səhifəsində paylaşıb: "Bakı Dövlət Universitetinin yataqxanasında zəhərlənərək xəstəxanaya yerləşdirilmiş Dilrubə Quliyeva artıq dərslərə başladı. Allah bütün tələbələri qorusun”.

Xatırladaq ki, ötən ayın 21-də Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında 3 qızın zəhərlənməsi faktı aşkarlanmışdı. Zəhərlənmə nəticəsində qızlardan fizika fakültəsinin tələbəsi, 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı dünyasını dəyişmiş, 1998-ci il təvəllüdlü Dilrubə Quliyeva və 1998-ci il təvəllüdlü Həmidə İbadova isə ağır vəziyyətdə xəstəxanaya aparılmışdı.

Qeyd edək ki, həmin qızların zəhərlənmə səbəbi hələ də məlum deyil.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb