BDYPİ-dən dəhşətli qəza ilə bağlı deyilənlərə təkzib

14:00 | 30.12.2013
BDYPİ-dən dəhşətli qəza ilə bağlı deyilənlərə təkzib

BDYPİ-dən dəhşətli qəza ilə bağlı deyilənlərə təkzib

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Bakı-Şamaxı yolunda baş verən dəhşətli qəzaya yol polisinin səbəb olması barədə deyilənləri təkzib edib.

İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev APA-ya açıqlamasında bildirib ki, dekabrın 28-də Bakı-Şamaxı yolunun Qobustan rayonunun Cəngi kəndi ərazisindən keçən hissəsində 8 nəfərin ölümü ilə nəticələn ağır yol qəzasının bəzi KİV-də guya yol polisinin qəzaya uğrayan avtomobili təqib etməsi nəticəsində baş verməsi barədə yazılanlar yanlışdır: “Baş verən qəza kameralar vasitəsi ilə qeydiyyata alınıb və idarənin istintaq şöbəsində aparılan araşdırmadan sonra hadisəyə hüquqi qiymət veriləcək”.

 

Qeyd edək ki, dekabrın 28-də saat 15 radələrində Qobustan rayonu Cəngi qəsəbəsinin ərazisində Bakı şəhər sakini Nurlan Qasımov və Ağsu rayon sakini İnqilab Hacıəliyevin idarə etdikləri “VAZ-2107” markalı avtomobillər toqquşub. N. Qasımov və sərnişinləri - Bakı şəhər sakinləri Güloğlan Əliyev, Əfran Bəndiyev hadisə yerində, İ. Hacıəliyev və sərnişinləri - Ağsu rayon sakinləri Tutu Nuriyeva, Səməndər Xəlilov, Valeh Mədətov və Gülşən Nuriyeva xəstəxanaya yerləşdirilib və orada dünyasını dəyişiblər.

 Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb