BDYPİ-dən yanan bina sakinlərinə müraciət

11:38 | 22.05.2015
BDYPİ-dən yanan bina sakinlərinə müraciət

BDYPİ-dən yanan bina sakinlərinə müraciət

Bakıda Binəqədi rayonunda yanğın baş verən binanın sakinlərinin sürücülük vəsiqələri və istifadədə olan nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələri yararsız vəziyyətə düşübsə, onlar qısa müddət ərzində pulsuz bərpa ediləcək.
 
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

K.Əliyev bildirib ki, bununla bağlı Daxili İşlər Nazirliyinin rəhbərliyi Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə müvafiq göstəriş verib: "Binanın sakinlərindən xahiş edirik ki, müvafiq sənədləri bərpa etmək istəyənlər Baş Dövlət Yol Polisi İdarəsinə gəlsinlər. Əlaqə saxlamaq istəyənlər hər gün səhər 09:00-dan 18:00-a qədər 5908105, 5908107 nömrələrinə zəng edə bilərlər".
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM