BDYPİ sürücülərə və paytaxt sakinlərinə müraciət etdi

18:17 | 31.01.2014
BDYPİ sürücülərə və paytaxt sakinlərinə müraciət etdi

BDYPİ sürücülərə və paytaxt sakinlərinə müraciət etdi

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə və paytaxt sakinlərinə müraciət edib.İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov APA-ya bildirib ki, sinoptiklərin verdiyi məlumata görə, bu gün axşam saatlarında paytaxtın yolları buz bağlayacaq. Bunu nəzərə alaraq, sürücülərdən axşam saatlarında şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etmələri tövsiyə olunur: “Yolların buzlaşmasını nəzərə alaraq, işdən evlərinə gedən, yaxud ictimai nəqliyyat vasitələrindən istifadə edən sakinlərdən mənzil başına vaxtında getmələri xahiş olunur”. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM