BƏƏ-də son sutkada 300 nəfərdə koronavirus aşkarlandı

22:00 | 08.04.2020
BƏƏ-də son sutkada 300 nəfərdə koronavirus aşkarlandı

BƏƏ-də son sutkada 300 nəfərdə koronavirus aşkarlandı

Birləşmiş Ərəb Əmirliklərində son sutkada 300 nəfərə koronavirus diaqnozu qoyulub.

"Report” "Al Arabiya”ya istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyinin sözçüsü deyib.

Bildirilib ki, ölkədə qeydə alınan koronavirus hallarının sayı 2 659-ə çatıb.

Bundan başqa, sağalanların sayı daha 53 nəfər artaraq 239-a yüksəlib.

BƏƏ-də virus qurbanlarının ümumi sayı isə 12 olaraq qalır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 452 000-i ötüb. Bunların 309 743 nəfəri sağalıb, 83 567 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb