Bəhram Bağırzadənin SON DURUMU ilə bağlı açıqlama

10:53 | 18.06.2020
Bəhram Bağırzadənin SON DURUMU ilə bağlı açıqlama

Bəhram Bağırzadənin SON DURUMU ilə bağlı açıqlama

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi Mərkəzi Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev əməkdar artist Bəhram Bağırzadənin səhhətindəki son vəziyyət haqqında məlumat verib.

Anews.az xəbər verir ki, Bəxtiyar Musayev Teleqraf.com-a açıqlamasında Bəhram Bağırzadənin səhhətində irəliləyiş olmadığını deyib:

"Bəhram Bağırzadənin vəziyyəti stabil, ağır olaraq qalır. Ötən gün vəziyyətində ciddi dəyişiklik baş verməyib.
Xəstə süni tənəffüs aparatına və ECMO cihazına qoşulu vəziyyətdədir. Təyinat üzrə müalicə davam etdirilir".

Qeyd edək ki, koronavirus testi pozitiv çıxan Bəhram Bağırzadə iyunun 13-dən Mərkəzi Gömrük Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM