Mayamidə Devid Bekhemin rəhbərliyi ilə yeni klub təşkil olunur.
ANS PRESS-in İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, ev meydançasının olmaması üzündən Əsas futbol liqasının yeni klubu hələ açılmayacaq.
Bekhemin yerli biznesmen Saymon Füller və boliviyalı milyarder Marselo Klare ilə birgə yaradacağı gözlənilir. Bekhem komandanın təşkili hüququnu əldə etmək üçün Futbol liqasına 25 milyon dollar ödəməlidir.
Devid Bekhem 2007-2012-ci illərdə Əsas liqanın tərkibində “Los Anceles Qalaksi”də oynayıb. Onun liqa ilə müqaviləsində yeni klub yaratmaqla bağlı hüququ təsdiq olunub. Xatırladaq ki, ulduz futbolçu karyerasını 2012/13-cü mövsümdə bitirib. D. Bekhemin sonuncu komandası isə PSJ olub.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !