Belarus və Rusiya birgə təlimlər keçirəcək

18:05 | 27.05.2024
Belarus və Rusiya birgə təlimlər keçirəcək

Belarus və Rusiya birgə təlimlər keçirəcək

Belarus Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları ilə Rusiya Aerokosmik Qüvvələrinin birgə uçuş-taktiki təlimləri keçirəcək.Bu barədə Belarus KİV-i ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

"Təlimlər zamanı əsas səylər dövlət və hərbi obyektlərin hava hücumlarından qorunması problemlərinin həllinə yönəlib”, - məlumatda bildirib.

Təlimlərdə müxtəlif aviasiya qüvvələrinin idarə olunması, onların döyüş hazırlığı tapşırıqlarını yerinə yetirərkən qarşılıqlı fəaliyyətin təşkili məsələləri işlənəcək.

Manevrlər mayın 27-dən 31-dək baş tutacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM