Belarusda Azərbaycanın Müstəqillik Günü qeyd olunub

22:54 | 24.05.2023

Azərbaycanın Belarusdakı səfirliyinin təşkilatçılığı ilə Müstəqillik Günü və Azərbaycanla Belarus Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə çıxış edən səfir Ülvi Baxşəliyev Azərbaycan və Belarus arasında diplomatik əlaqələrin inkişafında hər iki ölkə liderlərinin siyasi dialoqlarının əhəmiyyətini qeyd edib.

İlham Əliyev və Aleksandr Lukaşenko arasında fəal siyasi dialoq Belarus-Azərbaycan əməkdaşlığının bütün spektri üzrə yüksək dinamikanı təmin edir", - deyə səfir bildirib.

Tədbirdə çıxış edən Belarus Baş nazirinin müavini Leonid Zayats isə öz növbəsində bildirib ki, Azərbaycan Belarus üçün həm ikitərəfli formatda, həm də beynəlxalq platformalarda müstəsna əhəmiyyətli və etibarlı tərəfdaşdır.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb