Avqustun 11-dən başlayaraq Belarusda dövlət KİV-dən 8 əməkdaş istefa verib.
Anews.az xarici KIV-ə istinadən xəbər verir ki, işini tərk edən əməkdaşlar arasında dövlətə məxsus "Belarus-1” və STV kanalları, həmçinin Birinci radionun da jurnalistləri var.
Onların sırasında "Belarus-1” kanalının məşhur teleaparıcı Yevgeni Perlin də var.
"Mənim Belarusuma nə oldu? Mən televiziyada 2009-cu ildən canlı yayımlarda işləyirəm. Qərar verdim ki, mənim "Belarus-1”dəki bugünkü efirim sonuncudur. Qərarıma heç kəs təsir etməyib, özüm qəbul etmişəm”, - aparıcı "Facebook”da açıqlayıb.
"Tut.by”ın açıqladığı 8 nəfərdən başqa, dövlət telekanalında hərbi "Arsenal” verilişini aparan "Vladimir Burko da istefa verib:
"Verilişdə anlatdığım əsgər və texnikaların öz xalqımıza qarşı tətbiq ediləcəyi heç qorxulu yuxuma da girməzdi”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !