Ölkənin Arbitraj Məhkəməsi "Yukos" şirkəti ilə bağlı yeni qərar verib
Belçikanın Arbitraj Məhkəməsi "Yukos" şirkəti ilə bağlı yeni qərar çıxarıb.
ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya mətbuatı yazıb. Bildirilir ki, Rusiyanın Belçikadakı dövlət idarələrinə çərşənbə günü məhkəmə sənədləri təqdim olunub, həmin sənədlərə əsasən onların sərəncamında olan Rusiya Federasiyasına məxsus bütün əmlaka, həmçinin onların Rusiya dövlətinə olan borcuna həbs qoyulub.
Sənədlərə görə həbs Belçikanın Arbitraj Məhkəməsinin "Yukos" şirkəti ilə bağlı ötən il iyulun 18-də çıxardığı qərara əsasən tətbiq olunur. İddia olunan məbləğ 1.7 milyard avrodur. Əmlakəna həbs qoyulan idarələr iki həftə ərzində sərəncamında olan Rusiyaya məxsus bütün əmlakın və pul vəsaitinin siyahısını təqdim etməlidir. Siyahıya Belçikada mənzillənmiş bütün böyük banklar və diplomatik korpuslardan başqa Rusiyanın bütün dövlət idaləri salınıb.
Həbslə bağlı sənəddə "Yukos"un keçmiş səhmdarlarına kompensasiyaların verilməsi ilə bağlı Avropa Məhkəməsinin çıxardığı qərar və Rusiya tərəfinin hələ də bu qərarı icra etməməsi də qeyd olunur.
Rusiya tərəfi məhkəmənin qərarını tamamilə siyasi adlandırıb və bildirib ki, Rusiya Federasiyasının büdcəsində bu məbləği ödəməklə bağlı hər hansı göstəriş yoxdur.
Xatırladaq ki, Rusiyanın keçmiş neft şirkəti "Yukos" 2003-cü ildə onun baş icra rəhbəri Xodorkovski vergidən yayınma ittihamı ilə həbs olunandan sonra ləğv olunub. Bu şirkətin keçmiş səhmdarlarına 2,5 milyard dollar ödəməli olması barədə Avropa Məhkəməsinin qərarı var.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !