Belçika səfiri Türkiyə XİN-ə çağırıldı

13:00 | 21.03.2016
Belçika səfiri Türkiyə XİN-ə çağırıldı

Belçika səfiri Türkiyə XİN-ə çağırıldı

Brüsseldə PKK-ya dəstək aksiyası keçirilib.

Belçikanın Ankaradakı səfiri ötən həftə Brüsseldə PKK-ya dəstək aksiyası keçirildiyinə görə Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Oxu.Az-ın Reuters-ə istinadən verdiyi xəbərə görə, aksiya miqrasiya üzrə Avropa İttifaqı-Türkiyə sammitinin keçirildiyi zaman baş tutub. 

Bununla bağlı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu belçikalı həmkarı Didye Reyndersə zəng edərək müvafiq tədbirlərin görülməsini tələb edib.

Qeyd edək ki, Kürd Fəhlə Partiyası (PKK) Türkiyə və Avropa İttifaqında terrorçu təşkilat kimi tanınır.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti