"Report" Belçika Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, bu ölkənin Lyublyana (Sloveniya), Bratislava (Slovakiya) və Riqadakı (Latviya) səfirlikləri bağlanıb.
Belçikanın bu ölkələrdəki maraqlarını ölkənin Avstriyadakı səfirliyi təmsil edəcək.
Bundan əlavə, Belçika bir sıra ölkələrdə, o cümlədən, Kipr, Əfqanıstan, Konqo, Litva, Liviya və digər ölkələrdəki səfirlik və baş konsulluqlarının fəaliyyətini dayandırmağı planlaşdırır. Bu tədbirlər maliyyə vəsaitinin qənaəti ilə əlaqədar həyata keçirilir.
Belçikanın Azərbaycandakı səfirliyindən "Rerport"a verilən məlumata görə, bu ölkənin Bakıdakı diplomatik missiyasının işinə həmin dəyişikliklər təsir göstərməyəcək və səfirlik fəaliyyətini adi qaydada davam etdirəcək.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !