Belçikada futbolçulara qadağa

19:00 | 26.12.2020
Belçikada futbolçulara qadağa

Belçikada futbolçulara qadağa

Belçikanın aparıcı klublarından biri olan "Anderlext”in baş icraçı direktoru Karel Van İtvelt tərəfindən gündəmə gətirilən təklif "Pro Leauge” Şurası tərəfindən qəbul edilib.

"BBC Türkiyə” bu barədə xəbər yayıb.

Belçikanın birinci Futbol Liqası İdarə Heyəti futbol meydanlarında tətbiq olunan COVID-19 protokolunu dəyişdirib.

Dəyişiklik çərçivəsində peşəkar futbolçuların meydandakı qol sevincinə məhdudiyyətlər qoyulub.
Yeni tənzimləmə ilə qoldan sonra futbolçuların bir-birlərinə sarılmağı qadağan edilib. Qadağanı pozanlar barədə müşahidəçilər tərəfindən liqa rəhbərliyinə məlumat veriləcək. Qaydalara riayət etməyən oyunçular videogörüntülər vasitəsilə aşkarlanacaq.

Futbolçular və texniki heyət sarılma qadağasını pozduğu halda hər biri 750 avro cərimə olunacaq.
Qadağaya tabe olmayan futbol komandaları da cəzalandırılacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM