Bələdiyyə seçkiləri ilk dəfə Qarabağda keçiriləcək
2024-cü il Qarabağda ilk dəfə bələdiyyə seçkiləri keçiriləcək. Bunu Mərkəzi Seçki komissiyanın sədri Məzahir Pənahov deyib.
"Bələdiyyə seçkilərinə qədər əhalinin işğaldan azad olunmuş ərazilərə köçürülməsi bir az da çoxalacaq. Qarabağda ilk dəfə bələdiyyə seçkilərinin keçirilməsini planlaşdırırıq", - MSK sədri bildirib.
2024-cü il Azərbaycanda bələdiyyə seçkiləri keçirilməsi planlaşdırılır.
Milli Məclisdə bələdiyyələrlə bağlı qanun müzakirə mərhələsindədir. Belə ki, əhali sayı 3 mindən az olan bələdiyyələrin birləşdirilməsi təklif olunur.
Azərbaycanda hazırda 1606 bələdiyyə fəaliyyət göstərir.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox