Nazirliyin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, şikayət ETSN-in yerli qurumlarının əməkdaşları tərəfindən Mehdiabad bələdiyyəsinin nümayəndəsinin iştirakı ilə yerində araşdırılıb.
Əraziyə keçirilən baxış zamanı sözügedən ərazidə formalaşan məişət tullantılarının mövcud qanunvericiliyə uyğun idarə olunmadığı, müxtəlif sahələrdə qalaqlandığı və daşınmadığı aşkar edilib.
Ərazidə tullantıların idarə olunmasına cavabdeh olan Mehdiabad bələdiyyəsinin sədr müavini Elşən Şıxəliyev barəsində protokol tərtib olunub və o, inzibati qaydada 2500 manat məbləğində cərimə edilib.
Yol verilən qanun pozuntusunun aradan qaldırılması üçün ona icrası məcburi olan müddətli "məcburi göstəriş” verilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !