Türkiyədə martın 30-da keçiriləcək bələdiyyə seçkisində Milliyətçi Hərəkat Partiyası (MHP) 2 erməninin namizdəliyini irəli sürüb. ANS PRESS-in xəbərinə görə, İstanbulun ən böyük rayonlarından olan Bakırköydə 2 yerli erməni bələdiyyə məclis üzvlüyünə namizəd olub. Onlar Bakırköy sakinləri Nerses Yeramyan və Elmas Giragosdur. Yeramyan mətbuata verdiyi açıqlamada, “Bu ölkədə yaşayırıqsa millətçi olmalıyıq” – deyib. MHP lideri Dövlət Baxçalı isə millətçi olduqlarını, ancaq irqçi olmadıqlarını vurğulayıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !